Zorba kimə deyilir?
Zorbalıq, güc balansının pozulduğu situasiyalarda qüdrətli şəxs tərəfindən ona zərər vermək məqsədi ilə digər şəxsə hakim olmaq və onu qorxutmaq üçün istifadə edilən sistematik zorakılıq formasıdır. Zorbalığın məqsədi qurbanda qorxu hissi yaratmaqdır. Zorbalıq zorakılığa məruz qalan (qurbanlar), ona yoldaşlıq edən, məhəl qoymayan və ya zorakılığa şahidlik edən bütün uşaqlara mənfi təsir göstərən çox vacib bir problemdir.
Həmyaşıd zorakılığına kim məruz qalar?
Zorbalığa reaksiya verməyən, qorxu ilə cavab verən, iddialı və ya aqressiv reaksiya verə bilməyən uşaqlar fiziki və emosional transformasiyaya məruz qalırlar. Hədəfdə olan utanc, günahkarlıq və qeyri-adekvatlıq hissləri onu getdikcə zəiflədir və təcrid olunmasına səbəb olur. Bəziləri hesab edir ki, bu, məktəb həyatında normaldır. Uşaq böyüklər tərəfindən də zorakılığa məruz qala bilər. Xüsusilə də zorakılığa məruz qalan kişilər ailələri ilə danışmaqda daha çətinlik çəkirlər. Bu səbəblərə görə onlar bu sıxıntını öz başlarına yaşamağa davam edə bilərlər.
Həmyaşıd zorakılığının əlamətləri
Məktəbə getmək istəməmək
Müxtəlif yollardan istifadə etməyə çalışmaq
Akademik nailiyyətlərin azalması
Tək qalmaq istəməmək
Evə ac gəlmə
Lazım olduğundan daha çox pul götürmək
Məktəbdə tualetə getməmək
Telefona baxdıqdan sonra kədərlənmək, əsəbi və ya narahat olmaq
Xarakterdən kənar hərəkətlər
Dostlardan və gündəlik fəaliyyətlərdən danışmamaq
Yorğunluq, narahatlıq, yuxu problemləri
Mənbə: noemaaile.com
Tərcümə etdi: Aminə Paşazadə
