Bu gün:

Nəsli kəsilməkdə olan növlər üçün sığınacaq


Çinin Guangxi bölgəsindəki Tiankengs ( "cənnət çuxurları") əhəngdaşı kimi həll olunan süxurların zamanla əriməsi nəticəsində əmələ gələn yeraltı boşluqlardır. Bu təbii tikililərin səthində qədim meşələr var.

Tədqiqatçılar bu nəhəng çuxurlarda "Manglietia aromatica" kimi nəsli kəsilməkdə olan bitkilərin və dinozavr dövrünə aid nadir növlərin qorunduğunu müəyyən ediblər. Təcrid olunmuş mühitlər bu növlərin insan təsirlərindən azad qalaraq sağ qalmasına kömək edib.

Genetik analiz göstərir ki, tiankenqlərdə yaşayan növlər yerüstü qohumlarına nisbətən daha zəngin genetik müxtəlifliyə malikdir. Bu təbii strukturlar növlərin davamlılığını artırmaqla biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Eyni zamanda, bu nəhəng mağaralar atmosferdən karbon qazını udaraq iqlim dəyişikliyinə ciddi təsir göstərir.


Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et