
Dişinin balalarını və ya qida mənbəyini qoruması kimi təbii aqressiyaya əsaslanan davranışların qarşısı bu heyvanlardan və onların qidalarından qaçınıldığı müddətcə alına bilər. İnsanları qida əldə etmək üçün bir vasitə kimi görən heyvanlar, düşərgələrdə tullantı və ya zibil qutuları ilə qidalana bildikləri üçün insanlardan qaçmağa daha az ehtiyac hiss edirlər. Bu heyvanlar instinktiv qorxu reaksiyalarını itirdikləri üçün insanla münaqişəyə səbəb ola biləcək vəziyyətlərə daha çox girirlər. Məsələn, ayıdırsa, vəziyyət adətən onun insanlar tərəfindən öldürülməsi ilə başa çatır.
Bundan əlavə, milli parklarda insanların fotoşəkil çəkdirərək və ya qidalandıraraq təhrik etdiyi heyvanların hücumları da var. Bu vəziyyətlər ehtiyata görə heyvanların öldürülməsi ilə nəticələnir.
Kaliforniyanın UC Berkeley Universitetinin tədqiqatçısı Christine Wilkinson deyir: "Nəhayət, heyvan insana öyrəşir, sonra isə heyvanın başına pis şeylər gəlir. Və bu əlaqəni qurmaq istəyən insanlar çox vaxt bunun nəticəsini dərk etmirlər".
75 il ərzində bütün növ ətyeyən-insan hücumlarına dair çoxsaylı yarılmaları nəzərdən keçirdikdən sonra Penteriani komandası araşdırmaya görə, insanlar fərqli hərəkət etsəydilər, hücumların 50 faizinin qarşısı alına bilərdi , valideynlər uşaqlarını nəzarətsiz çöldə oynamağa qoysalar və uşaqları nəzarətsiz gəzməyə icazə verərsə, tədbir alına bilər.
ABŞ-ın bəzi bölgələrində zibil qutularından istifadə, heyvandarlıq fermalarının və ya bağçalarının ətrafına elektrik çəpərlərinin quraşdırılması, heç vaxt çöldə yemək buraxmaması, düşərgə zamanı ayı spreyindən istifadə kimi qoruyucu tədbirlər uğurla həyata keçirilir. Nəticə etibarı ilə, heyvanlarla qarşıdurmalardan qaçmaq sərhədlər qoyaraq onlara hörmət etmək deməkdir.Miller deyir ki, dinc yanaşı yaşamaq mümkündür, lakin dominant növ kimi insanlar buna nail olmaq üçün daha çox təşəbbüs göstərməlidirlər: "Ətyeyən heyvanlarla yanaşı, yaşayan insanlara dəstək olmaq və onların birgə yaşaması üçün lazım olan şeylərlə təmin etmək olarsa, o zaman insan və ətyeyənlərin birgə yaşayışı baş verə bilər. İqlim dəyişikliyinə baxmayaraq, birgəyaşayış bütün dünyada uğurla baş verir".
Mənbə:bbc news türkçe
Tərcümə etdi:Aynur Mikayılova
