Əhalinin müxtəlifliyini təmin etmək üçün Amerika Birləşmiş Ştatları hər il daimi immiqrasiya vizası (Green Card) tirajı vasitəsilə ABŞ-a immiqrasiya səviyyəsi az olan ölkələrin vətəndaşlarına ABŞ-da yaşamaq hüququ verir.

ABŞ Green Card-ı üçün müraciət edən şəxslərin yalnız bir dəfə müraciət etmək hüququ var. Eyni şəxsin adından birdən çox ərizə verilərsə, həmin şəxsin bütün ərizələri etibarsız sayılır.
Green Card müraciətləri 2 oktyabr Çərşənbə günü saat 19:00-da başlayıb. Son müraciət 5 noyabr 2024-cü il, Çərşənbə axşamı, CET vaxtı ilə 20:00-a qədər edilə bilər.
Green Card lotereyasına müraciətlər DV Lottery'də pulsuz edilir. Bu səbəbdən, DV Lottery'nin rəsmi saytından rəsmi təşkilata ehtiyac olmadan Green Card üçün müraciət edə bilərsiniz.
Green Card üçün müraciət edən şəxslər ərizə formasını tam və səhvsiz daxil etməlidirlər.
Lotereyada iştirak etmək üçün ən azı orta məktəb məzunu olmaq lazımdır, deyilsinizsə, son beş il ərzində ən azı iki il iş təcrübəniz olmalıdır.
18 yaşdan yuxarı olmaq da şərtlər arasındadır. Müraciət edənlərdən aktiv və ya maliyyə qənaəti və dil tələbləri istənilmir.
Evli şəxslər tərəfindən edilən müraciətlərdə onların həyat yoldaşları və 21 yaşdan kiçik uşaqları da bu hüquqdan yararlanır. Lakin müraciət zamanı onları əlavə etmək lazımdır.
Müraciətdə istifadə olunan fotoşəkilin yeni olması vacibdir.
Müraciət üçün ingilis dili tələbi yoxdur.
Müraciətdən sonra verilən "Təsdiq nömrəsi" saxlanmalıdır.
Mənbə: ntc.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
