Məşhur TikTok məzmun yaradıcısı 69 yaşlı Luiziana terapevtinin ölümündə ikinci dərəcəli qətldə ittiham olunur.

4,3 milyon izləyicisi tərəfindən cənab Prada kimi tanınan Terryon Tomas, polisin terapevt Uilyam Abrahama aid olduğunu söylədiyi oğurlanmış avtomobili idarə edərkən göründüyü iddiası ilə çərşənbə axşamı günortadan sonra Texas ştatının Dallas şəhərində həbs edilib.
Cənab Abrahamın cəsədi bazar günü Luiziana ştatının Baton Rouge şəhərində brezentə bükülmüş halda tapılıb.
Polis onun baş nahiyəsindən aldığı küt zərbə nəticəsində öldüyünü bildirib və bunu "çox fiziki, çox şiddətli ölüm" kimi qiymətləndirib.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
