Bu gün:

On il əsirlikdə qaldıqdan sonra xilas edilən Yezidi qadın


İsrail, ABŞ və İraq rəsmiləri bildiriblər ki, İraqda İslam Dövləti qruplaşması tərəfindən qaçırılan və daha sonra Qəzzaya aparılan 11 yaşlı yezidi qadın orada on ildən çox əsirlikdə qaldıqdan sonra xilas edilib.


Yezidlər əsasən İraq və Suriyada yaşayan dini azlıqdır. 2014-cü ildə İslam Dövləti qruplaşması İraqın şimalındakı Sincarda yezidi icmasını zəbt edərək minlərlə kişini qətlə yetirib, qız və qadınları qul kimi saxlayıb.

İsrail ordusu bildirib ki, hazırda Qəzzada olan 21 yaşlı gənci əsir götürən şəxs İsrail ilə Fələstinin HƏMAS silahlı qruplaşması arasında davam edən müharibə zamanı, ehtimal ki, hava hücumu nəticəsində öldürülüb.

Fawzia Amin Sido kimi tanınan qadın daha sonra Qəzzada başqa yerə qaçıb.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et