Ukrayna rəsmiləri son 24 saat ərzində Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 2 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.

Xarkov Vilayət Prokurorluğundan verilən açıqlamada, Rusiya ordusunun son 24 saatda yaşayış məntəqələrinə hücumlar təşkil etdiyi qeyd edilib və bu hücumlarda biri uşaq olmaqla 12 nəfərin yaralandığı vurğulanıb.
Ukrayna Baş Qərargahından verilən açıqlamada, Ukrayna ordusunun Rusiyaya məxsus 6 tank, 17 zirehli texnika, 37 silah, 1 hava hücumundan müdafiə sistemi, 43 pilotsuz uçuş aparatı (PUA), 70 avtomobil və xüsusi texnikanı məhv etdiyi bildirilib.
Son 24 saatda Rusiya və Ukrayna orduları arasında 142 toqquşma olduğu, ən qızğın toqquşmaların Pokrovsk və Kuraxovsk istiqamətində yaşandığı, Ukrayna ordusunun Pokrovskda 30 rus hücumunu dəf etdiyi bildirilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
