Bu gün:

Kütahyada məktəb direktoru şagirdin həyatını xilas edib


Kütahyada bir məktəb direktoru Heimlich manevri edərək nəfəs borusuna yemək ilişən şagirdinin həyatını xilas edib.

Vəfa səmtindəki Yavuz Sultan Səlim Xüsusi Təhsil Tətbiq Mərkəzinin yeməkxanasında nahar edən 9-cu sinif şagirdi Reyhan Dönmezin nəfəs almaqda çətinlik çəkdiyini görən müəllimlər müdaxilə etməyə çalışıb.

Müdaxilənin nəticə vermədiyini anlayan məktəb direktoru Ahmet Hamdi Karamete Heimlich manevrini tətbiq edərək uşağın yenidən nəfəs almasına şərait yaradıb.

Karamete jurnalistlərə açıqlamasında, Heimlich manevrini İl Milli Təhsil Müdirliyi tərəfindən onlara verilən 16 saatlıq ilk yardım təlimində öyrəndiyini bildirib.

Tələbəsinin həyatını xilas etdiyinə görə xoşbəxt olduğunu bildirən Karamete, "Şagirdimizin yeməkxanada nəfəs almadığını görən müəllimlərimiz müdaxilə etməyə çalışdı. Qeyri-kafi olduqlarını gördükdə müdaxilə etdim və şagirdimizin nəfəs almasına səbəb oldum"-deyib. 

Digər tərəfdən müəllimlərin və Karametenin uşağa müdaxilə etdiyi anlar məktəbin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et