Bu gün:

Modelyer Hedi Slimane LVMH-nin Celine-dən ayrılır


Moda dizayneri Hedi Slimane LVMH-dən ayrıldı. LVMH Slimane-nin varisi olaraq Michael Rideri təyin edib. Gələn ilin əvvəlində yeni işinə başlayacaq Rider on ildən çox Celine-də keçmiş Celine dizayneri Phoebe Philo ilə birlikdə çalışıb.

Slimane-nin getməsi, bir sıra ən yaxşı dizaynerlərin iş yerlərini dəyişdirdiyi sənayedə baş verən sarsıntılarla bağlı fərziyyələri gücləndirəcək. Ən çox arzulanan rollardan biri, Chanel-in kreativ direktoru, Virginie Viardın iyun ayında getməsindən sonra hələ də doldurulmamış qalır.


Mənbə: Reuters 

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et