Bu gün:

Bu payız səmada iki Ay olacaq


Alimlərin fikrincə, ilk dəfə NASA-nın Asteroid Yerə Zərbənin Son Xəbərdarlıq Sistemi (ATLAS) tərəfindən avqustun 7-də aşkar edilən kiçik bir asteroid Yerin cazibə qüvvəsinə tutularaq müvəqqəti olaraq “mini Ay”a çevriləcək.

Bu maraqlı kosmos ziyarətçisi Yerin cazibə qüvvəsindən qaçıb kosmosa qayıtmazdan əvvəl sentyabrın 29-dan başlayaraq daha bir neçə ay orbitdə olacaq.

Ancaq təəssüf ki, diametri təxminən 3 min 474 km olan Ay ilə müqayisədə olduqca kiçik və zəifdir. Ona görə də peşəkar teleskopunuz olmasa onu görmək mümkün deyil.

Bu kiçik sürpriz Ay ilk deyil. 2022 NX1 asteroidi 1981 və 2022-ci illərdə mini peykə çevrildi. Alimlər 2024 PT5-in 2055-ci ildə Yer orbitinə qayıdacağını proqnozlaşdırırlar.

Mənbə: diken.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et