Bu gün:

Red Bull: "Monza bizim üçün mövsümün aşağı nöqtəsi idi"


Kristian Horner hesab edir ki, İtaliya Qran Prisinin zəif həftəsonu 2024-cü il mövsümünü dəyişdirməyə kömək edən nadir hadisə ola bilər.

Red Bull-un performansının aşağı düşməsi RB20-nin dördüncü ən sürətli avtomobil olduğu Monzada aşağı nöqtəyə çatıb.

Komandanın rəhbəri Hornerin sözlərinə görə, komanda RB20-nin idarə edilməsində baş verən səhvlərin əsas səbəbini aşkar edib.

Sinqapurda danışan Horner deyib: "Biz artıq problemləri görə bilirdik, məncə, Monza sayəsində problemin kök səbəbini müəyyənləşdirmək mümkün oldu. Buna görə də mən Monzanı nadir hesab edirəm və indi biz bunun üzərində qurmağa başlayırıq".

Sinqapurda yarışı qazanan Norrislə onun arasında ciddi məsafə olsa da, Verstappen yarışı ikinci yerdə başa vurub.

"Artıq çox işləmək və Ostində avtomobildə müəyyən performans əldə etməyə çalışmaq üçün bir ayımız var. Bir neçə həftə əvvəl harada olduğumuzu düşünəndə düşünürəm ki, biz real irəliləyiş əldə etmişik. Biz avtomobillə bağlı bəzi məsələləri başa düşdük. Bakıda və burada daha yaxşı idik. Milton Keynsdə gecə gec saatlara qədər işləyəcəyik. McLaren hazırda ən yaxşı avtomobilə sahibdir. Bizim onları keçəcək komandamız var",-deyib.


Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et