
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri, ön çarpaz bağının qopması səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
28 yaşlı futbolçu bazar günü Premyer Liqada "Arsenal"la 2:2 hesablı heç-heçə oynanılan oyunda Tomas Partey ilə toqquşduqdan sonra axsayıb.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Rodrinin dizindən əməliyyat olunduğunu və sezonub qalan hissəsini buraxacağını bildirib.
"O, bu səhər əməliyyat olundu, ACL zədəsi var. Beləliklə, gələn mövsüm o burada olacaq. Bu mövsüm [onun üçün] bitdi",- deyə Qvardiola bildirib.
Mənbə: BBC Sport
Tərcümə etdi: Məhəmməd Qasımov
