Bu gün:

Marko: "Red Bull Rikkardo ilə əlaqələri kəsmək istəmir"


Cümə axşamı Rikkardonu rəsmi olaraq RB-də Liam Lawson əvəz edib.

Bu, Rikkardonun 14 illik Formula 1 karyerasının finiş xətti olacaq və həm də onun 2007-ci ildə başlayan Red Bull tərəfdaşlığının sona çatmasına səbəb ola bilər.

Red Bull məsləhətçisi Marko komandanın hansısa şəkildə məşhur avstraliyalını saxlamaqda maraqlı olduğunu söyləyib.

"Biz görüş keçirdik və onunla maraqlandığımızı açıqladıq. Ricciardo Formula 1-in ən məşhur pilotlarından biridir, xüsusən də ABŞ-da, ancaq o, bütün gələcəyini düşünmək üçün vaxt istəyir. Başqa bir yarış seriyasına girəcəyini düşünmürəm",- deyə bildirib. 


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et