Bu gün:

Günəşdəki "tac xalqaları" nədir?


Günəşin səthi daimi maqnit aktivliyi ilə dolu dinamik bir bölgədir. Bu fəaliyyətlərdən biri də Günəşin maqnit sahəsinin böyük əyilməsi nəticəsində əmələ gələn nəhəng plazma halqalarıdır. "Tac halqaları" olaraq bilinən bu strukturlar Günəşin səthindən milyonlarla kilometr yuxarı qalxan isti qazdan ibarətdir. Bu dövrələr Günəşin maqnit sahəsinin xətləri plazmanı izlədiyi zaman baş verir. Maqnit sahəsi səthdə sıx plazma tutaraq bu təsirli strukturları yaradır. Günəşin səthindəki bu maqnit sahəsinin hərəkətləri daim dəyişir və bəzən maqnit partlayışları ilə nəticələnə bilər ki, bu da "günəş alovları" və ya "tac kütləsinin atılması" kimi şiddətli hadisələrə səbəb olur. Bu halqalar Günəşin maqnit sahəsinin nə qədər mürəkkəb və enerjili olduğunu göstərən və Yerdəki "kosmik hava" şəraitinə təsir edə bilən adi hadisələrdir.

Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et