
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il əksəriyyəti Konqo Demokratik Respublikasında olmaqla 30 min şübhəli meymun çiçəyi virusu hadisəsinin görüldüyünü açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qitədə 800-dən çox insan M-pox virusu şübhəsi nəticəsində dünyasını dəyişib. Bu ilin yanvarından 15 sentyabrına qədər Afrikada 29 min 342 şübhəli meymun çiçəyi virusu hadisəsi və 812 ölüm hadisəsinin görüldüyünü bildirən ÜST, avqust ayında dünya üzrə cəmi 2 min 82 meymun çiçəyi virusu hadisəsinin təsdiqləndiyini, 2022-ci ilin noyabr ayından bu yana bu rəqəmin artacağını bildirdi. Ki, bu, ən yüksək səviyyə idi. Burundinin də epidemiyadan təsirləndiyi bildirilən hesabatda əvvəlki illərlə müqayisədə rəqəmlər yer almayıb. 78 faiz artım olub. Afrika Birlik Xalq Sağlamlığı Agentliyinin açıqlamasında, 2023-cü ildə epidemiyadan təsirlənən 7 ölkədə 14 min 957 hadisənin və 739 ölüm halının qeydə alındığı və bu məlumatların 2022-ci ilə nisbətən yeni halların 78,5 faiz artdığını göstərdiyi bildirilib.
Mənbə: TRT haber
Tərcümə etdi: Nərgiz Orucova
