Bu gün:

Fransanın 6 əyalətində daşqın


Fransanın mərkəzi və şərq hissəsindəki 6 əyalətdə güclü yağışlar səbəbindən daşqın xəbərdarlığı edilib.

Milli meteorologiya agentliyi Meteo France-ın verdiyi açıqlamaya görə, Aytor Fırtınasının təsiri altında olan ölkənin bəzi əyalətlərində bir gündə həftəlik yağan yağışların müşahidə edilməsindən sonra həyəcan təbili çalınıb.

Fransanın mərkəzi və şərq hissəsindəki Ayn, Korreze, İsere, Jura, Savoie və Yuxarı Savoya əyalətləri üçün güclü yağış və daşqın xəbərdarlığı edilib və xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.

Meteo France, sürəti saatda 100 kilometri keçən küləklərə qarşı xəbərdarlıq edib və yağışın həyəcan siqnalının verildiyi əyalətlərə bitişik bölgələrdə də müşahidə oluna biləcəyini bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et