Biləcikin Söğüt rayonunda qanunsuz qazma işi ilə məşğul olan 3 şübhəli saxlanılıb.
İlçe Jandarma Komandanlığı qruplarına tarixi əsərlər tapmaq üçün məsuliyyət daşıyan ərazidə qeyri-qanuni qazıntı işlərinin aparıldığı barədə məlumat daxil olub.
Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və İlçe Jandarma Komandirliyi qruplarının çalışması nəticəsində şübhəlilər E.T, A.Ü. və İ.Ü generator, karot qazma maşını, detektor, çəkicli matkap, buruq, 5 kiloqram qaya qıran kimyəvi maddə, 100 metr uzunluğunda elektrik kabeli və qazma alətləri ilə cinayət başında yaxalanıb.
Saxlanılan şübhəlilər barəsində qanuni iş başlanılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
