Atlantik okeanı üzərində Helene qasırğası gücləndiyi üçün Florida ştatı bir sıra məcburi evakuasiya əmrləri verib.

Cümə axşamı səhər saatlarına olan məlumata görə, fırtına 2-ci kateqoriyalı qasırğaya çevrilib və axşam saatlarında Floridanın Big Bend sahilinə çatacağı gözlənilir.
Rəsmilər fırtınanın bölgəyə dağıdıcı küləklər və əhəmiyyətli fırtına dalğası ilə "həyat üçün təhlükəli" hava şəraiti gətirəcəyi barədə xəbərdarlıq edərək insanları evakuasiya əmrlərinə əməl etməyə çağırıb.
Son zamanlar bu böyüklükdə fırtına görməyən Tallahassee şəhərinin cənubunda 4-cü kateqoriyalı qasırğa kimi quruya çatması gözlənilir.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
