Bu gün:

Ostin QP yenidən asfaltlanır


"Circuit of the Americas" keçən ilki yarışda nəticələrə təsir edən zərbə problemlərini həll etmək üçün trası yenidən düzəltmək yolu ilə daha hamar yarış təcrübəsi təmin etməyi hədəfləyir.

ABŞ-da keçiriləcək “Formula 1” yarışından əvvəl Ostində yerləşən Amerika Qrupu (COTA) treki yenidən asfaltlanır.

Yeni asfaltla trek rəhbərliyi 2023-cü ildə yarışda avtomobillərin performansına təsir edən qabar və tullanma problemlərini aradan qaldırmağı hədəfləyir.

Yeni asfalt sayəsində yolun daha rahat və problemsiz gedişi təmin edəcəyi düşünülür.

2023-cü il yarışında Lyuis Həmilton və Çarlz Leklerk avtomobillərinin altındakı həddindən artıq aşınma səbəbindən ölçmə qaydalarını pozduqlarına görə diskvalifikasiya edilmişdilər.

Həm Mercedes, həm də Ferrari bu vəziyyəti sprint formatı və çətin yol şəraiti ilə əlaqələndirdi.

Bütün bu şikayətlərdən sonra trek rəhbərliyi problemlərin həlli üçün trasın asfaltlanmasına qərar verib.


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et