Bu gün:

Ajax Beşiktaşdan qorxmur



UEFA Avropa Liqasının ilk həftəsində "Beşiktaş"ı qəbul edəcək "Ayaks"ın baş məşqçisi Françesko Farioli bu mövsüm qara-ağlıların çox yaxşı çıxış etdiyini bildirib və matçın çətin keçəcəyini bildirib.


"Qırmızı-ağlılar"ın italiyalı çalışdırıcısı və ingilis futbolçusu Cordan Henderson "Johan Cruijff Arena"da keçirilən mətbuat konfransında açıqlama verib.

Farioli, "Beşiktaş bu mövsüm çox fərqlidir. Yeni oyunçular var. Hər zaman diqqətli bir klubdur. Böyük bir tarixi var. Rafa Silva, Əl Musrati kimi çox təhlükəli oyunçular var. Ən yüksək səviyyədə mübarizə apardığımız çətin vəziyyətdir".

Ağ-qara komandadan qorxmadıqlarını vurğulayan Françesko Farioli, "Onlardan qorxmamalıyıq. Hörmətli olmalıyıq. Qorxmaq lazım deyil, çünki o zaman özünü əngəlləyə bilməzsən",- deyə bildirib.

Hollandiyalı həmkarı Giovanni van Bronckhorst-un Beşiktaşda yaxşı iş gördüyünü ifadə edən italiyalı çalışdırıcı, "Onu gördüyü işlərə görə təbrik edirəm. "Qalatasaray"ı 5-0 məğlub edərək Superkuboku qazandılar. Liqada yaxşı nəticələr əldə etdilər. Oyunlarını çox dəyişdilər, bu, onun DNT-sindədir".

"Ayaks"ın ingilis futbolçusu Cordan Henderson "Beşiktaş"ın çox güclü komanda olduğunu və vacib yoxlama oyununa çıxacaqlarını qeyd edib.

Hər matçda əllərindən gələni etdiklərini ifadə edən Henderson, "Yaxşılaşdırmalı olduğumuz məsələlər var. Ümid edirik ki, matç performansımız daha yüksək olacaq. "Beşiktaş"da ən yaxşı oyunçular var. Onlar çox güclüdür. Onlar yaxşı oyun nümayiş etdirirlər. Bizim üçün çətin bir matç olacaq. Biz keyfiyyətimizi göstərmək üçün onlara problemlər yaratmağa başladıq".


Mənbə: TRT Haber 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et