ABŞ-ın Kaliforniya ştatındakı Santa Maria ədliyyəsində baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb. Hadisəyə kustar üsulla hazırlanmış partlayıcının səbəb olduğu bildirilib.
Santa Barbara İlçe Şerif Ofisi, partlayışla əlaqədar bir nəfərin nəzarətə alındığını bildirərək, "Partlayışa qəsdən yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu səbəb olub" -deyib.
Kaliforniya qubernatoru Gavin Newsom açıqlamasında hadisəni yaxından izlədiklərini və hüquq-mühafizə orqanları ilə koordinasiyada olduqlarını bildirib.
Şahidlərin sözlərinə görə, partlayış bir nəfərin məhkəmə binasına girərək bel çantasını atması nəticəsində baş verib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
