Muğlanın Datça rayonu sahillərində rezin qayıqla 35 qeyri-qanuni mühacir tutulub.

Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alan açıqlamaya görə, rayonda yerləşdirilən sahil mühafizə təyyarəsi tərəfindən dənizdə rezin qayıqda bir qrup qeyri-qanuni mühacir aşkar edilib.
Bölgəyə istiqamətləndirilən qruplar tərəfindən dayandırılan rezin qayıqda 35 nizamsız immiqrant yaxalanıb.
Qeyri-qanuni immiqrantlar əməliyyatlarından sonra İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
