Bu gün:

Yuxarı və ya aşağı anlayışı nə dərəcədə düzgündür?


Kosmosda yuxarı-aşağı anlayışı yoxdur. Hətta Yer kürəsində aşağı və yuxarı anlayışı yoxdur. Məsələn, şimal qütb dairəsi yaxınlığında, ekvatorun yaxınlığında və ya cənub qütb dairəsinə yaxın yaşayan birinə "yuxarı haradadır" deyə soruşduqda, onların hər biri yerindən asılı olaraq fərqli istiqamət göstərəcək.

Bütün bu səbəblərə görə biz istiqamətləri yuxarı-aşağı deyil, şimal-cənub və ya şərq-qərb kimi müəyyən edirik. Təbii ki, burada bizi çaşdıran xəritələrdir. Bütün xəritələrdə şimal yuxarı, cənub isə aşağı göstərilir. Bunun bir neçə səbəbi var: Əvvəla, maqnit sahəsi cənubdan şimala axır və kompaslar həmişə şimalı göstərir. İstiqaməti təyin etmək üçün daimi istinad nöqtəsinə ehtiyac var və kompasın istiqaməti bizim üçün istinad nöqtəsi oldu. Başqa bir səbəb də odur ki, ərazinin böyük hissəsi şimaldadır və ilk xəritəçəkmə işlərini aparan qədim kartoqraflar həmişə şimal istiqamətini yuxarı göstəriblər.Əgər ilk kartoqraflar cənub yarımkürəsində yaşasaydılar, xəritələrə tərs baxardılar və onlara görə yuxarı cənub tərəf olardı.

Yekun olaraq yuxarı və aşağı anlayışı yalnız harada olduğunuzdan asılıdır.

Mənbə: Evrimagaciofficcial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et