Bu gün:

Çində məktəblinin öldürülməsi yaponların qorxusuna səbəb olub


Çinin Şençjen şəhərində bir yapon məktəblinin öldürülməsi Çində yaşayan yapon mühacirləri arasında narahatlıq yaradıb, yüksək səviyyəli firmalar işçilərini sayıq olmaları barədə xəbərdarlıq edib.

Toshiba və Toyota işçilərinə mümkün zorakılığa qarşı tədbir görmələrini söyləyiblər, Panasonic isə öz işçilərinə evlərinə pulsuz uçuşlar təklif edib.

Yaponiya səlahiyyətliləri Çin hökumətini vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çağırarkən, qətli bir daha qınayıblar.


Mənbə: BBC 

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et