
Çin Sakit Okeana dummy döyüş başlığı daşıyan qitələrarası ballistik raketi (ICBM) uğurla buraxdığını bildirib.
ICBM çərşənbə günü yerli vaxtla saat 08:44-də (GMT 04:44) buraxılıb və "gözlənilən dəniz ərazilərinə düşüb" deyən Pekinin müdafiə nazirliyi sınaq buraxılışının "adi" olduğunu və "illik təliminin" bir hissəsi olduğunu bildirib.
Raketin növü və uçuş marşrutu qeyri-müəyyən olaraq qalır, lakin Çin dövlət mediası Pekinin "əvvəlcədən aidiyyəti ölkələri məlumatlandırdığını" bildirib.
Yaponiya daha sonra sınaqların başlaması ilə bağlı "heç bir bildiriş almadığını" söyləyib.
Mənbə: BBC
Tərcümə etdi: Nəzri Süleymanova
