Bu gün:

Raphael Varane kariyerasını bitirdi


Keçmiş Man United ulduzu Raphael Varane, keçən ay Komoda debütündə dizindən ciddi zədə aldıqdan sonra  təqaüdə çıxmağı düşünüb.

Dünya Kubokunun qalibi "Mançester Yunayted"lə müqaviləsi bu yay başa çatdıqdan sonra İtaliya tərəfinə azad agent kimi qoşulub. 

31 yaşlı futbolçu bu ilin mayında ayrılmaq qərarını açıqlamadan əvvəl "Yunayted"in heyətində 95 oyun keçirib.

Varan Komoda debütünü keçən ay İtaliya Kubokunda Sampdoria ilə qarşılaşmada etdi və zədə səbəbindən cəmi 20 dəqiqədən sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

Sonradan məlum oldu ki, mərkəz müdafiəçisi dizindən zədə alıb və sonda Cesc Fabregas-ın A Seriyasının heyətindən kənarda qalıb, çünki onun uzun müddətə sıradan çıxması gözlənilib.

Raphael Varane öz sosial media hesablarında təqaüdə çıxdığını bildirib.


Mənbə: Daily Mail

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et