Bu gün:

Dilan Polata təhlükəsizlik kəməri reaksiyası


Həbsdən çıxandan sonra sosial şəbəkədə paylaşım etməyəcəyini deyən Dilan Polat bütün sürəti ilə paylaşımlar etməyə davam edir. Lüks avtomobili ilə video çəkdirən Polatın təhlükəsizlik kəmərini taxmaması gündəmə gəlib.

Dilan Polata bir-birinin ardınca reaksiyalar gəldi. “Heç olmasa təhlükəsizlik kəməri taxmadığına görə cərimələnsin” şərhləri səsləndirilib.

Çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan Dilan Polat və əri Engin Polat təxminən bir gün fərqlə sərbəst buraxılıb. İş üzrə saxlanılan digər təqsirləndirilən şəxslərin də azadlığa buraxılması barədə qərarlar verilib. Azadlığa çıxan Polat cütlüyü dəbdəbəli həyatlarına qaldıqları yerdən davam ediblər.

Mənbə: CNN Turk

Tərcümə etdi: Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et