Bu gün:

Bu dəfə Simge Sağın yaşadığı sağlamlıq problemi ilə gündəmə gəlib


Dənizlinin Çivril rayonunda keçiriləcək Beynəlxalq Alma Kənd Təsərrüfatı və Mədəniyyət Festivalında konsert verməyə hazırlaşan Simge Sağın konsertdən əvvəl keçirdiyi öskürək tutması səbəbindən vəziyyəti pisləşib. Məşhur müğənninin oksigen dəstəyi alan görüntüləri pərəstişkarlarını qorxudarkən, müğənni səhnəyə çıxa bilməyib və təcili xəstəxanaya çatdırılıb.

Nəfəs almaqda çətinlik çəkən məşhur adın vəziyyəti pisləşincə Çivril Dövlət Xəstəxanasına aparılıb və müalicə olunub. O, xəstəxanadan etdiyi paylaşımda “Dostlar, öskürək tutmasından təəssüf ki, konsertimi keçirə bilmirəm. Məni gözləyən bütün Çivrilliləri sevirəm. Yeni tariximizi açıqlayacağam"-dedi. 

Qaziantepdə keçirilən Mədəniyyət Yolu Festivalı çərçivəsində çıxış edən məşhur müğənni Simge Sağın konserti zamanı gül və telefon zənglərindən şoka düşüb.

Məşhur sənətçi mahnılarını ifa edərkən səhnəyə atılan gül onun başına dəyib.

Daha sonra isə səhnəyə telefon atılıb. 

"Sizin etdikləriniz çox ayıbdır"

Baş verənləri qınayan müğənni Simge: "Gözəl gülləriniz üçün sağ olun. Amma gül belə verilə bilməz. Siz qadınlara gül verməyi bilmirsiniz. İşini görən adama zəng etmək nə dərəcədə düzgündür? Mən burada öz işimi görürəm"- dedi. 

Mənbə: Hüriyet.com.tr

Tərcümə etdi: Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et