İsveçrə polisi, insanların intihar podundan ilk dəfə istifadə edərək həyatına son qoymasından sonra çoxsaylı həbslər edib.

Schaffhausen bölgəsindəki polis, bazar ertəsi Sarco istehsalı poddan istifadə edərək birinin öldüyü bildirildikdən sonra intihara təhrik və kömək etməkdə şübhəli bilinərək "bir neçə nəfəri" həbs etdiklərini söylədi.
İsveçrədə bəzi hallarda köməkli ölüm qanuni olaraq qorunsa da, Sarco podu bəzi müqavimətlərlə qarşılaşdı.
Əməliyyatçılar hadisə yerindən cihazı və cəsədi çıxarıblar.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
