İstanbulun Ümraniye bölgəsində "motosiklet oğurluğu" ilə yaxalanan və daha sonra qaçan şəxsi tutmaq üçün aparılan işlər zamanı tapança ilə yaralanan polis məmuru Şeyda Yılmaz son səfərinə yola salınıb.

Sivasda qeydiyyatda olan polis məmuru Şeyda Yılmaz Ümraniye İlçe Təhlükəsizlik Müdirliyi Dudullu Polis Bölməsi İdarəsi tərəfindən "motosiklet oğurluğu" ilə yaxalanan və daha sonra qaçan şəxsi tutmaq üçün çalışırdı. Cinayətkarı tutmaq üçün işlər davam edərkən, polis əməkdaşı Şeyda Yılmaz tapança ilə başından yaralanıb. Ümraniye Hisar Xəstəxanasında əməliyyata alınan Yılmazı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və şəhid olub.
O, 7 ay əvvəl həmkarı ilə evlənib
Şəhid polis məmurunun cənazəsi İstanbulda keçirilən mərasimdən sonra hava yolu ilə Nuri Dəmirağ hava limanına gəlib. Buradakı qarşılanmadan sonra şəhidin cənazəsi xəstəxananın morquna yerləşdirilib. Meyit ikinci namazına yaxın xəstəxana morqundan çıxarılaraq şəhidin ata evinə aparılıb.
Halal razılıq alındıqdan sonra şəhid Yılmazın cənazəsi cənazə namazı üçün Ay-Ulduz məscidinə gətirilib. Buradakı cənazə namazına şəhidin həyat yoldaşı, polis məmuru Semih Yılmaz, anası Nurgül və atası Mehmet Yağlı, daxili işlər nazirinin müavini Münir Karaloğlu, polisin baş direktoru Mahmud Demirtaş, Sivas valisi Yılmaz Şimşək, AK Partiya Sivas Millət vəkili Hakan Aksu, CHP Sivas Millət vəkili Ulaş Karasu, İl Protokolu və vətəndaşları da qatıldı.
Şəhid polis məmuru Şeyda Yılmazın yaxınları cənazə namazı qılınmazdan əvvəl Türkiyə bayrağına bükülmüş tabutu qucaqlayaraq gözyaşı töküblər. İkinci namazından sonra İl Müftisi Əhməd Celalettin Altunkayanın qıldırğı cənazə namazından sonra şəhid polis məmurunun cənazəsi polis qəbiristanlığında torpağa tapşırılıb.
9 ay əvvəl polis olub
2023-cü ilin dekabrında polis sıralarına daxil olan şəhid polis məmuru Şeyda Yılmazın Ankara Polis Peşə Məktəbini bitirdiyi və ilk vəzifə yerinin İzmir İl Polis İdarəsi olduğu öyrənilib. İstanbula təyin edilən Şeyda Yılmaz Ümraniye İlçe Polis İdarəsində Dudullu Polis Bölməsinin rəisi vəzifəsində çalışırdı.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Arzu İbrəhimova
