Bu gün:

Vuçiç Rusiyanın BMT-dəki nümayəndəsini Serbiya Bayrağı ordeni ilə təltif edib


Mərasim Serbiyanın Nyu-Yorkdakı BMT-nin daimi nümayəndəliyində keçirilib. Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanı 1-ci dərəcəli Serbiya Bayrağı ordeni ilə təltif edib.

Mərasim Serbiyanın daimi binasında keçirilib. Bundan əlavə, Vuçiç Rusiya missiyasının rəhbər müavinləri Mariya Zabolotskaya və Anna Yevstiqneyevanı da 2-ci dərəcəli Serbiya Bayrağı ordeni ilə təltif edib. Sərəncamları təqdim edərkən Serbiya lideri protokoldan uzaqlaşmağı və mükafatın verilməsi münasibətilə rəsmi mətni ingilis dilində oxumağı xahiş edib. 

"Ümid edirəm ki, biz xalqlarımız və dövlətlərimiz arasında əməkdaşlığı hamımızı qane edəcək səviyyəyə çatdıra və artıra biləcəyik", - Vuçiç bildirib. 

Nebenzya, öz növbəsində, iki ölkəni çoxəsrlik “dostluq və qardaşlıq” bağlarının bir-birinə bağladığına diqqət çəkib. 

“Biz dünyaya eyni prizmadan baxırıq, eyni dəyərləri və prinsipləri müdafiə edirik, biz Serb xalqının qorunması üçün ədalətli mübarizəsində Serbiyanın yanında olacağıq" -dedi. 

Mənbə: Tass

Tərcümə etdi: Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et