Bu gün:

Ancelina Coli və qızı eyni döyməni etdiriblər


Bir müddət əvvəl keçmiş əri Bred Pittlə məhkəmə çəkişməsi ilə gündəmə gələn Ancelina Coli Brodveydə yayımlanan “The Outsiders” adlı musiqilinin prodüseri olub. Əslində, "The Outsiders" "Amerika teatrının Oskarları" kimi tanınan Tony Mükafatlarında Ən Yaxşı Musiqili mükafatı qazandı.

Cütlüyün əkiz övladlarından biri olan Vivyen anasının prodüseri olduğu Brodvey musiqilisində assistent kimi çalışıb. Karyerasına köməkçi kimi başlayan 16 yaşlı Vivyenin Coli ilə eyni döymənin olduğu məlum olub.

Qızımla birlikdə "The Outsiders"də keçirdiyimiz vaxtı xatırladan "Stay Gold" yazan bir döymə etdirdim" - Coli deyib.

"Stay Gold" oyunda nümayiş olunan orijinal mahnılardan birinin adına aiddir.

"Bu döymə bizim üçün çox şey deməkdir"- dedi Coli. Tatu aktrisanın biləyində yerləşir, lakin Vivyenin döyməsini haradan etdiyi məlum deyil.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et