Bu gün:

İngiltərədə tapılan 2000 illik delfin mozaikası


İngiltərənin şimal-qərbində arxeoloqlar qədim məbədi axtararkən gözlənilməz bir şeylə qarşılaşıblar: ağ, qırmızı, mavi və sarı enkaustik plitələrdən hazırlanmış möhtəşəm mozaika.

Delfinləri və balıqları əks etdirən rəngarəng sənət əsəri bugünkü Wroxeter kəndində yerləşən Romanın Viroconium Cornoviorum şəhərində tapılıb. Tədqiqatçılar bunun eramızın 2-ci əsrinə aid olduğunu düşünürlər.

"Min illərdir gizlədilmiş gözəl, toxunulmaz bir mozaika tapacağımızdan heç vaxt şübhələnməmişdik",- deyə İngilis İrsi təşkilatının baş meneceri Win Scutt deyir: "Bu kəşf, sikkələr kimi çoxsaylı kiçik tapıntılarla birlikdə şəhərin müxtəlif mərhələlərini tarixləməyə və baş verən fəaliyyət növlərini göstərməyə kömək edəcək."

Viroconium Cornoviorum əvvəlcə eramızın 1-ci əsrinin sonlarına doğru şəhərə çevrilən Roma legionerlərinin qalası idi. 

Şəhərin əvvəllər araşdırılmamış ərazisinə yönəlmiş son qazıntı İngilis İrsi, Birmingem Universiteti, Vianova Arxeologiya və İrs Xidmətləri və Albion Arxeologiyası arasında əməkdaşlıq idi.

Qazıntının həm-direktoru Piter Qost bir neçə günlük qazıntıdan sonra “Maraqlı bir şey tapmayacağımızı düşünməyə başladım” ,- deyir. 

"Tezliklə məlum oldu ki, o, əla vəziyyətdədir - biz delfinlərdən birinin quyruğunu görə bildik!",- deyir. "Növbəti bir neçə gün ərzində biz xəndəkdəki bütün mozaikanı açdıq və onun açılıb təmizləndiyini izləmək çox gözəl idi."

Scutt deyir ki, mozaika, ehtimal ki, "insanları bu gözəl mozaika ilə heyran etməkdə qərarlı olan" varlı bir ailəyə aid olan böyük bir şəhərcikdəki otaqda tapılıb. O əlavə edir ki, bölgədən xaricdən gətirilən mozaika parçaları olan otaq çox güman ki, “zəngin qonaqları qəbul etmək” üçün istifadə olunub.

Arxeoloqlar, mozaikanın sonrakı əsrlərdə, döşəmənin səviyyəsini yüksəltmək üçün mozaika otağının söküntü ilə doldurulduğu bir təmir layihəsi sayəsində qorunub saxlanıldığını düşünürlər.

Mənbə: Arkeofili

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et