Bu gün:

İsrail Hərbi Hava Qüvvələri Hizbullahın 290 obyektinə hücum edib


Ordunun mətbuat xidmətinin açıqlamasına görə, ümumilikdə ordu gün ərzində Livanda iki hava hücumu dalğası təşkil edib. Birincidə 180, ikincidə isə 110 hədəf vurulub. Zərbələr Cənubi Livanın bir çox bölgələrində həyata keçirilib. 

"İD "Hizbullah"ın imkanlarını və terror infrastrukturunu zəiflətmək və aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək" - mətbuat xidməti bildirib.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et