Bu gün:

Küçükçekmece'de vətəndaşlardan zibil vergisi alındı



CHP-nin Küçükçekmece Bələdiyyəsi İstanbulda yalnız ticarət müəssisələrindən toplanan zibil vergisinin mahaldakı 286 min 111 yaşayış məntəqəsinin hamısından alınması ilə bağlı qərarı verib. Bələdiyyə, həmçinin 2023-cü il yanvarın 1-dən yol və səki işləri üçün ödənişin yaşayış yerlərindən alınması barədə qərar qəbul edib. Yeni vergilər rayon əhalisinə 497 milyon TL əlavə yük gətirdi. Qərar AK Partiya, MHP və BBP millət vəkillərinin etirazlarına baxmayaraq səs çoxluğu ilə qəbul edilib. Qərarla rayondakı hər ev sahibi ildə 1737,82 TL zibil vergisi ödəyəcək. Sabah-a danışan Küçükçekmece vətəndaşlarından Hüseyn Ülgen: "Təqaüdçü olaraq bunun çox zərərli olduğunu düşünürəm. İnşallah geri alınar" deyərkən, təqaüdçü olduğunu bildirən Ahmet Kik, "İnsanlar onsuz da çətin vəziyyətdədir qəbul edilən qərar səhvdir" -dedi. 

Mənbə: Sabah.com.tr

Tərcümə etdi: Arzu ibrəhimova

Paylaş
Şərh əlavə et