Bu gün:

Rusiya Ukraynaya məxsus dronları ələ keçirib


Kiyev rejiminin Rusiyadakı obyektlərə stasionar qanadlı pilotsuz uçuş aparatlarından istifadə etməklə terror hücumu cəhdinin qarşısı alınıb.

Hava hücumundan müdafiə qüvvələri 53-ü Bryansk, 18-i Krasnodar vilayəti üzərində olmaqla 101 Ukrayna PUA-sını zərərsizləşdirib. Kaluqa vilayəti üzərində 5, Tver və Belqorod vilayətlərinin hər biri üzərində 3, Smolensk, Kursk bölgələri və Krım Respublikası səmasında 1, Azov dənizinin üzərində isə 16 pilotsuz uçuş aparatı məhv edilib.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et