Bu gün:

Meksikada Sinaloa Karteli müharibəsi ölüm və itkilərə səbəb olub


Meksikanın qərbindəki Sinaloa ştatında Sinaloa kartelinin rəqib fraksiyaları arasında sentyabrın 9-da toqquşmaya başlayandan bəri təxminən 53 nəfər ölüb, 51 nəfər itkin düşüb.

Narkotik quldur dəstəsi olan Sinaloa Kartelinin iki ən güclü qruplaşması arasında münaqişənin səbəbi əfsanəvi qaçaqmalçı və həmin qruplaşmalardan birinin lideri İsmael “El Mayo” Zambadanın ABŞ-da həbs edildiyi iyul ayına təsadüf edir.

74 yaşlı Zambada iddia edir ki, kartelin digər qruplaşması olan Los Chapitos-un yüksək vəzifəli üzvü onu qaçırıb və sonra onun istəyinə zidd olaraq ABŞ-a aparıb.

Sentyabrın 9-da döyüşlər başlayandan bəri atışmalar paytaxt Kuliakanda gündəlik həyatı pozub, burada məktəblər bir neçə gün bağlanmalı olub, restoranlar və mağazalar erkən bağlanıb.

Mənbə: Reuters 

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et