Bu gün:

Dünyanın 466 milyon illik sirri açılıb


Avstraliyanın Monaş Universitetində aparılan araşdırmada Yerin keçmişini araşdırmaq üçün meteor kraterləri araşdırılıb. Tədqiqat, təxminən 466 milyon il əvvəl böyük bir asteroidin Yerin sərhədlərindən keçərkən gelgit gücünə görə parçalanaraq Saturn kimi planetin ətrafında bir halqa sistemi meydana gətirə biləcəyini ifadə edib.

Bu halqanın Yer üzündə kölgə yaradaraq günəş işığının qarşısını kəsmiş ola biləcəyi və bunun qlobal soyutmaya səbəb ola biləcəyi ifadə edilib.

Monaş Universitetinin Yer, Atmosfer və Ətraf Mühit Fakültəsindən tədqiqatın aparıcı müəllifi, professor Endi Tomkins verdiyi açıqlamada bu halqadan əldə edilən materialın "milyonlarla il" ərzində yavaş-yavaş Yerə düşdüyünü və müşahidə edilən meteorit zərbələrində qəfil artım olduğunu söyləyib.

Mənbə: m.haber7.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et