Bu gün:

Honq-Konqlu kişi köynəyinə görə həbs edilib


Honq-Konqlu bir şəxs üzərində etiraz şüarı olan köynək geyindiyinə görə qiyam etməkdə təqsirli bilinərək 14 ay həbs cəzasına məhkum edilib.


Həbs müddəti mart ayında qəbul edilmiş yeni yerli milli təhlükəsizlik qanununa əsasən şəhər məhkəməsi tərəfindən verilən ilk cəzadır.

23-cü maddə də adlandırılan qanun Pekinin 2020-ci ildə tətbiq etdiyi milli təhlükəsizlik qanununu genişləndirir.

Tənqidçilər qanunun şəhərdə vətəndaş azadlıqlarını daha da aşındıra biləcəyindən qorxurdular, Pekin və Honq Konq isə bunu sabitlik üçün zəruri sayaraq müdafiə edirdi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et