İsrailin Baş Qərargah rəisi Herzi Halevi Livanla bağlı müharibə planlarını təsdiqləyib. Plan təsdiqləndikdən sonra Livana bir sıra hava zərbələri endirilib. Hizbullah lideri Nəsrullah da İsrailin rəqəmsal terror hücumları haqqında deyib: “Bu hücumlar Livan xalqına qarşı müharibə elanıdır".

İsrail Ordusunun sözçüsü tərəfindən edilən açıqlamaya görə, Halevi müharibəni davam etdirmək üçün şimalda müharibə planlarını təsdiqləyib.
8 oktyabr 2023-cü ildən İsrail-Livan sərhədində tərəflər arasında zaman-zaman şiddətlənən qarşıdurmalar yaşanır.
Sentyabrın 17-də Livanda Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib.
Nəsrullah: İsrailin hücumları Livan xalqına qarşı müharibə elanıdır
Partlayışlarda ikisi uşaq olmaqla 12 nəfər həyatını itirib, 2800-ə yaxın insan yaralanıb.
Sentyabrın 18-də ölkədə bir çox radiostansiyanın partlaması nəticəsində 25 nəfər ölüb, 608 nəfər yaralanıb.
Livan rəsmiləri hadisəyə görə İsraili məsuliyyət daşısa da, İsrail hələ də məsələ ilə bağlı açıqlama verməyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
