Bu gün:

Sims oyununun kinosu çəkilir


"Barbie" filminin baş rol aktrisası Marqot Robbinin yeni layihəsi bəlli olub. Aktyor "The Sims" oyununu böyük ekran üçün uyğun hala gətirəcək.

LuckyChap film şirkətinin tərəfdaşlarından biri olan Robbie həyat simulyasiyası video oyununun prodüserliyini edəcək.

İlk dəfə 2000-ci ildə yayımlanan "The Sims" haqqında aylardır şayiələr dolaşır.

Video oyun şirkəti Electronic Arts (EA) film üçün Amazon MGM Studios ilə çalışdıqlarını açıqlayıb. 

Layihəyə Loki serialının rejissoru Keyt Herronun da daxil olduğu bildirilib. Britaniyalı yazıçı və komediyaçı Briony Redman isə filmin ssenari müəlliflərindən biri olacaq.

Electronic Arts, "daha çoxunu paylaşmaq üçün çox tezdir"-dedi, lakin The Sims-in 25-ci ildönümündə, yəni gələn il yeniləmələri paylaşacağına söz verdi.

EA-nın The Sims seriyasının vitse-prezidenti və baş meneceri Kate Gorman dedi:

“Sizə deyəcəyim bir şey odur ki, oyunun The Sims kainatı ilə çox bağlı olması və bizim istədiyimiz şey, kinoteatrlarda yayımlanacaq orijinal Sims təcrübəsidir”.

Margot Robbie Variety jurnalına verdiyi müsahibədə "Biz Barbie kimi təsirli daha çox film çəkmək istəyirik"- dedi.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et