Bu gün:

Sierra Leonedə binanın çökməsi nəticəsində 10 nəfər ölüb


Paytaxt Fritaunda yeddi mərtəbəli binanın uçması və azı 10 nəfərin ölümündən sonra Syerra-Leonedə xilasedicilər sağ qalanların axtarışını davam etdirir.

Qərbi Afrika ölkəsinin Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) bildirib ki, indiyədək Shell New Road-da dağıntılar altından 7 nəfər xilas edilib, lakin daha çox insan xəsarət alıb.

O əlavə edib ki, dağıntılar altında olanlardan bəziləri xilasedicilərə "yerlərini bildirə biliblər".

NDMA bildirib ki, Fritaunun şərqindəki bina bazar ertəsi yerli vaxtla 11:00-12:00 (BST 12:00 və 13:00) arasında çöküb. Həlak olanlar arasında iki qız və bir oğlan var.

Mənbə: BBC 

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et