Bu gün:

Muşda bəzi vətəndaşlar zəhərli hörümçəklə qarşılaşıblar


Muşda bəzi vətəndaşlar zəhərli hörümçəklər arasında göstərilən "argiope lobata" növü ilə qarşılaşıb.

Muşun Şenyayla bölgəsində heyvanlarını otlayan fermerlər heyrətamiz görünüşlü iri hörümçək görüblər. Vəziyyət səlahiyyətlilərə bildirildikdən sonra aparılan araşdırmalar nəticəsində hörümçəyin "argiope lobata" növünə aid olduğu müəyyən edilib.

Mütəxəssislər hörümçəyin bölgədə nadir rast gəlindiyini və insanlar üçün birbaşa təhlükə yaratmadığını bildiriblər. MAUN Molekulyar Biologiya və Genetika kafedrasının müəllimi Dr. Hüseyn Allahverdi: "Argiope Lobata növü maraqlı quruluşa malik hörümçək növlərindən biridir. Adını maraqlı quruluşundan almışdır. Növü ilə müqayisədə böyük hörümçəkdir. Bu, insanların diqqətini çəkir. Mən çox təsirləndim. Tədqiqat zamanı buna rast gəldim. Nəticədə bu hörümçəyə toxunmamağı tövsiyə edirik”, - deyə o bildirib.

Mənbə: Haberglobal.com.tr

Tərcümə etdi: Arzu ibrəhimova

Paylaş
Şərh əlavə et