
Margot Robbienin Channelin imzası olan Chanel No.5 ətirinin yeni üzü olduğu rəsmən açıqlanıb.
"Barbie" ulduzu Margot Robbie rolu aktyor Marion Cotillarddan götürüb və Fransız dəbdəbəli moda evi elanla yanaşı ilk kampaniya şəkillərini də paylaşıb.
Aktrisa “Chanel No.5-in dünyanın ən ikonik ətirlərindən biri olduğunu düşünürəm. Bunun bir hissəsi olmaq inanılmazdır. Mən buna qoşulmaqdan qürur duyuram",- deyərək məmnunluğunu ifadə edib.
Chanel No.5 kampaniyasının oktyabr ayında tam şəkildə təqdim edilməsi planlaşdırılır. Robbi artıq 2018-ci ildən brendin səfiridir və moda evi ilə uzunmüddətli münasibətdədir.
Bununla belə, bu şəkillər həm aktrisanın, həm də markanın pərəstişkarlarını həyəcanlandırmağı bacarıb. Bu həyəcan hər iki tərəf üçün də çox münasibdir, çünki Chanel No.5 onilliklər boyu moda evinin imzası olub və 1921-ci ildə satışa çıxarılandan bəri dünyanın ən qalıcı ətirlərindən biri hesab olunur.
Mənbə: diken.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
