Bu gün:

İqlim dəyişikliyinin Avropaya təsiri


Orta və Şərqi Avropa daşqınlardan sonra təşvişə düşüb.  Güclü yağışlar və çayların səviyyəsinin yüksəlməsi nəticəsində baş verən daşqınlar Rumıniya, Polşa, Çexiya və Avstriyada həyata mənfi təsir göstərib. Yüz minlərlə insan təxliyə edilib, 17 nəfər həyatını itirib. Bazar ertəsi günü daşqın nəticəsində həyatını itirənlərin sayı 17-yə çatarkən, Rumıniya, Çexiya, Polşa və Avstriyada ölümlər qeydə alınıb. Rumıniyada 7, Polşada 4, Çexiyada 3 nəfər ölüb. 

Avstriyanın cənubundakı Nysa şəhərinin meri Kordian Kolbiarz da təsirli olan "Boris" qasırğasının ardından 44 min nəfərin şəhəri tərk etməsini istəyib Avropanın orta və şərq qisimlərində, Rumıniyada bir çox kənd sular altında qalıb. Rumıniyanın Qalati bölgəsindəki bir kənddə 700 evi su basıb. Çexiyada daşqınlar səbəbindən təxliyələr olub. 

Avstriya Baş nazirinin müavini Verner Koqler də bazar günü X-də verdiyi açıqlamada Avstriyanın cənubunda daşqın fəlakətinə müdaxilə edən yanğınsöndürənlərin həyatını itirdiklərini açıqlayıb. Hakimiyyət Vyananı əhatə edən əyaləti fəlakət bölgəsi elan edib. 

Slovakiyada Dunay çayının daşması paytaxt Bratislavada daşqınlara səbəb olub. Yerli KİV-in məlumatına görə, suyun hündürlüyü 9 metrə çatıb. Macarıstan da daşqınlara hazırlaşır. Budapeşt rəhbərliyi şəhərdən keçən Dunay çayı yaxınlığındakı yolların daşqın riski səbəbindən bağlanacağını açıqlayıb. Ən çox yağış Çexiyada müşahidə olunub.  Şimal-şərqdəki Jesenik şəhərində cümə axşamı səhərindən bəri orta aylıq yağıntının beş qatı azalıb.


Mənbə: BBC News Türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et