Bu gün:

Diddy Combs Nyu-Yorkda həbs edilib


Prokurorların bildirdiyinə görə, hip-hop maqnatı Sean "Diddy" Combs Nyu-Yorkda naməlum federal ittihamlarla həbs edilib.


Manhettendə həbs, seks alveri ilə bağlı "davam edən istintaq" çərçivəsində mart ayında onun Los-Anceles və Mayamidəki iki mülkünə edilən reydlərdən sonra baş verib.

Cənab Kombsun vəkili Marc Agnifilo, "ədalətsiz təqib olduğuna inandığımız şeyi davam etdirmək qərarından məyus olduqlarını" söylədi. O, müdafiə etdiyi şəxsin “günahsız adam” olduğunu bildirib.

Musiqiçi keçmiş ortağı Casandra "Cassie" Ventura da daxil olmaqla, cinsi təcavüzdən tutmuş zorakılığa qədər bir sıra iddialarla üzləşib. O, ona qarşı irəli sürülən bütün iddiaları rədd edib.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et