Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarət edən husilərin atdığı "yer-yer" raketi ilk dəfə İsrailin mərkəzinə çatıb. Raket yaşayış olmayan əraziyə düşüb və xəsarət alan olmayıb.
Raket bazar günü səhər yerli vaxtla səhər saat 6:35-də yerə enməzdən bir qədər əvvəl Tel-Əvivdə və İsrailin mərkəzində hava hücumu sirenləri işə düşüb. İnsanlar sığınacaqlara yerləşdirilib.
Hərbçilərin dediyinə görə, raketin qarşısını alan qurğulardan gələn güclü partlayışlar eşidilib.
İsrail ordusundan verilən açıqlamada, "Qısa müddət əvvəl İsrailin mərkəzində sirenlər səsləndikdən sonra şərqdən İsrailin mərkəzinə doğru hərəkət edən "yer-yer" tipli raket aşkarlanıb və açıq əraziyə düşüb. Xəsarət alan olmayıb", - deyə bildirilib.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə