Bu gün:

Teknofest raketləri havaya buraxıb


Teknofest Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində Roketsan şirkətinin rəhbərliyi ilə Tuz gölündəki Hisar Atıcılıq Poliqonunda sentyabrın 9-da başlayan 'Raket Yarışları' davam edir.

Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar, Aksaray valisi Mehmet Ali Kumbuzoğlu və Roketsan baş direktoru Murat İkinci ilə sentyabrın 16-da başa çatacaq yarışların dünənki mərhələsini izləyib.

Bu il keçirilən yarışlara 900-dən çox komandanın qatıldığını bildirən Bayraktar: 

"Finala yüksələn 80 komandamız burada qızğın bir yarışa hazırlaşır və raketlərini atırlar. İnşallah, bu gənc qardaşlar ölkəmizə uğur qazandıracaqlar. 'Milli Kosmos Proqramı' daxilində hədəflərinə çox daha qısa zamanda Ölkəmizin aviasiyasına böyük ehtiyacı olan müdafiə silahları və hava hücumundan müdafiə sistemləri inkişaf etdirəcəklər" dedi. Çıxışlardan sonra finala yüksələn 80 komandanın hazırladığı raketlər atılıb. 

Mənbə:  Hüriyet 

Tərcümə etdi:  Arzu ibrəhimova

Paylaş
Şərh əlavə et