İstanbul Tem İstoç mövqeyində 8 avtomobilin qarışdığı zəncirvari yol qəzası baş verib. 1 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə yaralandığı qəza səbəbindən üç zolağın tıxacla bağlandığı bildirilib. Hadisə yerindəki qrupun işləri davam edir.
Tem İstoç mövqeyində 8 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Orta zolaqda baş verən qəza nəticəsində 1 nəfərin öldüyü, 1 nəfərin yaralandığı, 3 zolağın hərəkətə bağlandığı öyrənilib. Ankara istiqamətində tıxac yaşansa da, polis və sağlamlıq qrupları hadisə yerində işlərini davam etdirir.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Arzu ibrəhimova
