“Zvezda” telekanalının məlumatına görə, sərhəddə yerləşən Kursk vilayətinə hücum zamanı ukraynalı hərbçilər tərəfindən əsir götürülən 103 rus hərbçisini daşıyan təyyarə Moskva yaxınlığında yerə enib.

İl-76 təyyarəsi Moskva ətrafındakı Çkalovski aerodromuna enib. “Zvezda” hərbçilərin təyyarəni tərk etdiyini göstərən video yayımlayıb. Onlar müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinin səhiyyə müəssisələrinə aparılacaq. Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Ukraynanın sərhədyanı Kursk vilayətində əsir götürdüyü 103 hərbçini geri qaytarıb. Onlar 103 ukraynalı hərbi əsirlə dəyişdirilib.
Mənbə: Tass.com
Tərcümə etdi: Arzu ibrəhimova
